"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə." HEYDƏR ƏLİYEV.
Qəzet 2008-ci ildən çap edilir Beynəlxalq İctimai-Siyasi Hüquq qəzeti № 11-12 (88-89) Noyabr-Dekabr 2015-ci il

HAQQ
NAMİNƏ



Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir!
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,
Mən Azərbaycanlıyam!!!
Heydər ƏLİYEV
Haqqın yolunu tutan heç vaxt yorulmaz, heç vaxt məğlub olmaz. Ulu öndər Azərbaycan xalqı üçün elə bir yol seçdi ki, bu yol xalqımızı uğurlu gələcəyə, işıqlı sabaha doğru aparacaq. Bu yol Haqq yoludur.
Ömrünün gənc yaşlarından xalqına, elinə, obasına böyük məhəbbətlə bağlanan, uzun illər hakimiyyətdə olan, Heydər Əliyev Azərbaycanı bütün dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə çatdırdı. Ömrünün son anlarına qədər mədəniyyətimizin, elmimizin xilaskarı olan Heydər Əliyevin ideyaları bu gün də yaşayır və həmişə yaşayacaqdır. Heydər Əliyev bir tarixi şəxsiyyət idi ki, fenomen biliyi, qeyri-adi rəhbərlik bacarığı ilə tarixin gedişatına təsir göstərmək gücünə malik idi. Tarixi faktlardan məlumdur ki, Azərbaycan dövləti ikinci dəfə müstəqillik əldə etdi. Azərbaycan xalqının ikinci dəfə müstəqillik qazanması onun siyasi, sosial-iqtisadi, eləcə də mənəvi-mədəni həyatında çox böyük müsbət dəyişikliklərə gətirib çıxardı. Zamanın öz hökmü var, bu dəfə Azxərbaycan xalqı öz müstəqilliyini Heydər Əliyevin rəhbərliyi altında qoruyub saxlaya bildi. Müstəqilliyimizin qorunub saxlanılması Dünya Azərbaycanlılarının ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovet Sosialist Respublikaları İttifaqı illərində, Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyi bir dövrdə, 1970-ci illərdən başlayaraq ölkənin müxtəlif profilli ali tədris orqanlarına daha çox azərbaycanlı oğlan və qızlarının qəbul olunmasını xüsusi nəzarətdə saxlayırdı. Ümummilli liderimiz həmin illərdə SSRİ-nin müxtəlif universitetləri və institutlarına, Ali hərbi məktəblərinə göndərdiyi Azərbaycan övladları indi Müstəqil ölkəmizin idarə olunmasında həlledici qüvvəyə çevrilmişlər. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insanın həyat yolu, amalı, məqsədi, bütün dövrlərdə gördüyü işlər, xalqa və dövlətə sədaqətli xidmət nümunəsidir. Artıq hamıya məlum olurdu ki, sağlam iqtisadiyyatın qurulmasında, bütövlüyündə, cəmiyyətin tərəqqiyə doğru inkişafında, idarəçiliyində, təkmilləşməsinə ciddi ehtiyac var. Çətinliklərlə dolu olan dövrdə yaşayan insanlar dünyanın sərt gərdişinə sinə gərərək, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlarını respublikamızdakı bütün sahələrdə inkişafını, bütün inkişaf etmiş Dünya dövlətlərinin sırasına çatmasında gördülər. Bu gün də, gələcəkdə də Ulu Öndərimizin xalqımıza, dövlətimizə qoyub getdiyi, müstəqillik, işıqlı sabah, heç vaxt unudulmayacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır. Bu gün həmin uğurlar çox yüksək göstəricilərlə, şərəflə davam etdirilir. Müstəqillik, demokratiya, tərəqqi yolu ilə uğurla addımlayan ölkəmiz son onilliklərdə Azərbaycan xalqının böyük övladı Heydər Əliyevin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi ardıcıl, qətiyyətli siyasətindən bəhrələnmişdir. Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması yolunda mühüm addımlar atılmışdır. Müstəqil Azərbaycanın yeni tarixinin, XX əsrin son illəri, sözün əsl mənasında islahatlar dövrü olmuşdur. İqtisadiyyat, mədəniyyət, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyinin ilk illərində çətinliklərlə üzləşən Azərbaycan xalqı yalnız 1993-cü ilin iyun ayından Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra asudə nəfəs almağa, dövlətçiliyini möhkəmləndirməyə nail olmuşdur. Dahi rəhbərimiz Heydər Əliyev doğma Azərbaycanımızı xarici düşmənlərdən, daxildə gedən vətəndaş müharibəsindən qoruyub saxladı. Doğma xalqını işıqlı gələcəyə qovuşdurmaq üçün gecəsini gündüzünə qatan dahi rəhbər Vətən yolunda, xalq yolunda şam kimi əridi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Ölkəmizin hər bir yerində böyük uğurlar əldə olunur.
I Avropa Oyunlarından sonra Azərbaycana gələn turistlərin sayı günü-gündən çoxalır. Azərbaycana gələn yüz minlərlə qonaq xalqımızın qonaqpərvərliyini, mehribanlığını öz gözləri ilə gördülər. Bu bir daha bütün dünya dövlətlərinə sübut etdi ki, Azərbaycan xalqı mətindir, qüdrətlidir, əyilməzdir, vicdanlıdır. Bu gün Qərb dövlətləri və onların havadarları bütün müsəlman dövlətlərində iğtişaşlar salır. Guya ki, xalqın istəyini yerinə yetirirlər. Mənsəbi bilinməyənlər qərbin göstərişi ilə hakimiyyətə qarşı üsyan edir, iğtişaşlar törədir, qanlar tökür, hakimiyyəti devirmək cəhdini törədirlər. Qərb dövlətlərinin bəzisində xalq hakimiyyətə qarşı etirazını bildirir. Onda hakimiyyət nəyə görə istefaya getmir? Çünki, maraq müsəlman aləminə yönəlmişdir. Belədirsə, özləri bilə-bilə ki, ermənilər Azərbaycanın torpağını işğal edib, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü var, nə üçün susurlar? Ermənistanda hakimiyyətə qarşı xalq ayağa qalxıb, hakimiyyət əleyhinə şüarlar səslənir. Nə üçün xalqın istəyini yerinə yetirmirlər? Budurmu demokratiya, budurmu ədalət. Onda sakit yerlərində otursunlar, Azərbaycanın daxili işlərinə qarışmasınlar. Azərbaycan xalqı uğurlu, vüqarlı, dəyanətli Prezident İlham Əliyevə inanır və onunla fəxr edir.
Həsən Behpud oğlu Kərimov,
Baş redaktor, AJB-nin üzvü.

2
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ
İLHAM YOLU HEYDƏR YOLU, HEYDƏR YOLU XALQ YOLU, İNAM YOLU, XOŞBƏXTLİK YOLUDUR

Müstəqil Azərbaycan dövlətinin banisi dahi Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, bu nadir tarixi şəxsiyyət öz fenomen biliyi, qeyri-adi rəhbərlik bacarığı, hətta tarixin gedişatına belə təsir göstərmək qüdrətinə malik əvəzsiz tarixi şəxsiyyətdir. Belə qeyri-adi insanlar iki-üç əsrdə bir dəfə yetişir və tarixin gedişatına təsir edə bilir. Mən Gəncə şəhər polis qarnizonunda, Tərtərdə və digər rayonlarda işləyərkən dahi Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirlərdə bu dahi insanın xalqı, dövləti necə alovlu məhəbbətlə sevdiyinin, xalqımızın isə onu nə qədər böyük məhəbbətlə sevib etibar, inam göstərdiyinin şahidi olmuşam. Fikrimizi sübut etmək üçün ulu öndərimizin müxtəlif illərdə, dövrlərdə göstərdiyi fəaliyyət proqramına nəzər salaq. XX əsrin 70-80-ci illərində Azərbaycanda müstəqil dövlət idarəçiliyinə xas olan ilk rüşeymlər cücərməyə başladı. Uzun illər dövlətimizin təhlükəsizliyi ilə məşğul olan Heydər Əliyevin respublikada ali hakimiyyətə rəhbərliyə gəlişi ölkəmizi müdrikcəsinə irəli aparmaq strategiyasına qulluq edirdi. O vaxtdan SSRİ-nin tərkibində olan və iqtisadi cəhətdən geridə qalmış aqrar bir ölkə olan Azərbaycan Heydər Əliyevin gərgin əməyi sayəsində qabaqcıl respublikalar sırasına çıxaraq on beş dəfə SSRİ-nin yüksək mükafatlarına layiq görüldü. Ulu öndərimiz çox yaxşı bilirdi ki, dövləti idarə etmək üçün dərin biliyə malik kadrlar yetişdirilməlidir. Buna görə də 70-ci illərdən başlayaraq ölkənin müxtəlif profilli ali tədris ocaqlarına daha çox azərbaycanlı oğlan və qızların qəbul olunmağını xüsusi nəzarətdə saxlayırdı. Məhz dahi Heydər Əliyev keçmiş SSRİ-nin universitet və digər ali təhsil ocaqlarına göndərdiyi milli ruhlu oğlan və qızlar, tələbələr bu gün Müstəqil Azərbaycanımızın idarə olunmasında Heydər Əliyev yolu ilə gedərək tarixi uğurlara imza atırlar.
1990-cı illərdən başlayaraq SSRİ-nin dağılması nəticəsində demokratiya yoluna qədəm qoymuş bir çox ölkələrdə iqtisadiyyatın bazar münasibətləri ilə tənzimlənməsinin tərəfdarı olan Heydər Əliyev mühüm islahatlar keçirməklə keçmiş sterotiplərdən qurtarmağı qarşıya qoydu və buna da nail olundu. Ölkəmizin dünyəvi dövlətə çevrilməsinin təməlini qoymuş Heydər Əliyev ölkədə tam sabitliyə nail olunmağı üçün bütün güc nazirlikləri kimi, Daxili İşlər Nazirliyinin də inkişaf, iş planını tətbiq etdi. Bu gün Heydər Əliyev kursunun yeganə ən layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin nazirlik qarşısında qoyduğu tarixi vəzifələri ölkə prezidentinin tələb etdiyi səviyyədə quran hörmətli nazirimiz Ramil Usubovun tapşırıqlarını ləyaqətlə yerinə yetirməyə çalışan Azərbaycan polisi asayişi, əmin-amanlığı yüksək dərəcədə qorumaq iqtidarındadır. Şanlı-şöhrətli Azərbaycan polisinin sıravi bir zabiti kimi fəxr edirəm ki, hörmətli nazirimiz cənab Ramil Usubovun hər bir tapşırığı Bakı şəhəri Nizami rayon polisi tərəfindən qeyd-şərtsiz yerinə yetirilməyə çalışılır. Məhz ölkəmizdə aparılan müdrik balanslı siyasət nəticəsində bir gün Azərbaycanda dünyəvi mühüm tədbirlər keçirilir. Təkcə Avrovizion musiqili yarışmasının ölkəmizdə keçirilməsi ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin necə bir sabit, qabaqcıl, inkişaf etmiş dünyəvi bir dövlətə çevrilməsindən xəbər verdi. Bu gün çətinliklərlə dolu olan müasir dövrdə yaşayan soydaşlarımız yağı düşmən əhatəsində olmasına baxmayaraq Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında işləyir, yaşayır, yeni tarixi uğurlara imza atır.
Hörmətli prezidentimiz İlham Əliyevin regionlara tarixi səfərləri zamanı xalq tərəfindən böyük hörmət və ehtiramla qarşılanmağı sabaha böyük inamla baxmağı bir daha onu sübut edir ki, Heydər yolu Xalq yoludur.
2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa idman oyunları Dövlətimizin, Vətənimizin, Xalqımızın, ölkə Prezidenti cənab İlham Əliyevin, yarışların təşkilat komitəsinin sədri, millət vəkili, YUNESKO və İSESKONUN xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dünyada artan nüfuzundan xəbər verdi və itirilmiş Azərbaycan torpaqlarının geri qaytarılması yolunda inamlı bir addım oldu. Bu uğurlu yol Xalqımızı, Dövlətimizi, Vətənimizi Heydər yolu ilə İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı günlərə aparır. Ümidvarıq ki, Azərbaycan xalqı 2016-cı ildə müdrik Prezidentimizin rəhbərliyi altında daha inamlı qələbələr qazanacaqdır!
Allah qismət eləsin!
Nofəl MƏHƏRRƏMOV,
Bakı şəhəri, Nizami rayon polis idarəsinin rəisi, polkovnik.
Redaksiyadan: Gəncədə, Tərtərdə, Bakının Nizami rayonunda müxtəlif rəhbər vəzifələrdə şərəf və ləyaqətlə çalışıb uğurlar qazanan Nizami rayon polis idarəsinin rəisi polkovnik Nofəl Məhərrəmov noyabr ayının 3-də ömrünün 53-cü baharını tamamlayır. Biz hörmətli palkovnikə gələcək həyatında da mənalı ömür yaşayıb, xalq üçün böyük işlər görəcəyinə inanır, peşə fəaliyyətində növbəti uğurlar diləyib uzun ömür, can sağlığı arzu edirik!
Azadlığımızın, müstəqilliyimizin və Prezidentimizin qədrini bilək
Mən əslən Qərbi Azərbaycandan olduğumdan tapdaq altında yaşamağın nə qədər mənəvi əzab-əziyyət olduğunu uşaqlıq və gənclik illərində görmüşəm. Mənfur erməni daşnaqları hər bir işimizə müdaxilə edir, başımızı qaldırmağa imkan vermirdi. Onlarla, yüzlərlə bilikli, bacarıqlı oğul və qızlarımız rus dilini ləhcə ilə danışdığından dövlət və hökumət vəzifələrində çox çətinliklə irəli çəkilirdi. Uzun müddət Gəncədə Yüngül Sənaye Texnikumunda hörmətli Həbib müəllimin müavini işlədiyimdən tədris prosesində də yad təzyiqləri görürdüm. Təhsildə, səhiyyədə, mədənqiyyətdə, idmanda və digər sahələrdə SSRİ - həddini aşmaq çox çətin idi. Öz himnimiz, gerbimiz, bayrağımız da yox idi. Allaha şükür, bu gün dahi Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbacan əziz və hörmətli prezidentimiz cənab İlham Əliyevin müdrik, balanslı daxili və xarici siyasəti nəticəsində inkişaf edir, dünyəvi mərhələyə qədəm qoyur. 2011-ci il fevral ayında cənab Elmar Vəliyev Gəncə şəhər İcra hakimiyyətinin başçısı təyin olunduqdan sonra isə Gəncədə əsl ihtibah, oyanış və yenidənqurma işləri başlandı. Bu gün Gəncə Azərbaycanın, Azərbaycan isə dünyanın ən inkişaf etmiş məkanıdır. Sakitlik, sabitlik dövründə inkişaf davam edir. Hər insan heç bir maneyə rast gəlmədən öz halal işi ilə məşğuldur. Əgər əlavə etsək ki, bu gün dünya çalxalanır. Suriya, İraq, Livan, Ukrayna, Əfqanistan və onlarla belə ölkələrdə insanlar günahsız şəkildə faciələrə düçar olub ev-eşiklərindən didərgin düşüb, dənizlərdə böğulur. Səhralarda ac-susuz məhv olurlar. Sülhdən, demokratiyadan də vuran ölkələr isə susur. Deməli, bu Azadlığımızın, Müstəqilliyimizin, sabitliyin, əmin-amanlığın qədrini bilib Heydər Əliyev ideyalarına sadiq olub əziz prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik!
Rübail NƏSİBOV,
Şair-publisist, iş adamı.
Onlar övladıma övlad bəxş etdilər

Bir ana üçün dünyada övladından əziz heç bir varlıq ola bilməz. Yəqin elə ona görə də "Mən balam üçün yanıram, balam da balası üçün" el məsəli bu qədər təbii səslənir.
Bu yaxınlarda qızımı çox ağır vəziyyətdə A.Səhhət adına xəstəxananın Doğum şöbəsinə apardıq. Müayinə zamanı məlum oldu ki, bu, normal doğuş deyil. Qorxu və həyəcanımız daha da artdı. Bu, qızımın ikinci doğuşu idi. Onun evdə qoyub gəldiyi 2 yaşlı oğlu anasının və doğulacaq körpə qardaşının yolunu sağ- salamat gözləyirdi. Yaranmış vəziyyət isə bizə onlardan birini itirə biləcəyimizin qorxusunu yaşadır, ana və körpənin həyati təhlükəsindən xəbər verirdi.
Şöbənin baş həkimi Təranə Həsənova, doğuş həkimləri Səkinə Cənnətova, Elmira Məmmədova və Mənzər Məmmədova bizim qorxu və həyəcanımızı sevinc və xoşbəxtliyə çevirdilər. Onlar bizlərə - qızımın yaxın və doğmalarına təsəlli verməyi də özlərinə borc bildilər: "Qorxmayın, hər şey yaxşı olacaq. Allahın köməyi ilə ananı da, körpəni də sizə sapsağlam təhvil verəcəyik. Həm də normal doğuşla. Biz əlimizdən gələni edəcəyik" - dedilər.
Amma ana qəlbi təsəlli ilə rahatlıq tapa bilərmi? Şübhələr məni üzürdü; bəlkə məni qorxutmamaq üçün belə deyirlər? Bəlkə ümiddən asılmış dəqiqələrimizi bir az da uzatmaq istəyirlər?.. Səbəb çox olsa da, nəticə birdir; qızım öz körpəsi ilə doğuş otağında can savaşındadır. Lakin bu anlar üçün bircə kəlmə söz də bizim ümid yerimiz, təsəlli payımız idi. Həm də o sözü doğmalarımızın həyatını inanaraq etibar etdiyimiz həkimlər deyirsə.
Saniyələr dəqiqələri, dəqiqələr saatları əvəz edir, bizsə əlimiz göydə, dilimiz duada ümidimizi həkimlərə bağlayaraq intizar və təlaş içində qıvrılırdıq. Nəhayət həsrətlə, həyəcanla gözlədiyimiz an gəlib çatdı. Qızım, əziz balam göydə Allahın, yerdə həkimlərin köməyi ilə övladını sağ-salamat dünyaya gətirdi. Ağxalatlı qadının: "Gözünüz aydın, nəvəniz doğuldu" - sözləri sanki ömrümə ömür caladı.
Həqiqətən də insan qəribə məxluqdur. Bir az əvvəl dərddən, qəmdən göz yaşı tökürdüm, indi isə sevincdən, şadlıqdan ağlayırdım.
Mənə və bütün doğmalarıma bu sevinci yaşatdıqları üçün şöbənin baş həkimi Təranə xanıma, həkimlərdən Elmira xanıma, Səkinə xanıma və Mənzər xanıma ailəmiz adından dərin təşəkkürlərimi bildirirəm. Onlar nəinki öz peşəkarlıqları, hətta yüksək insani keyfiyyətləri ilə də əsl həkim adına layiq olduqlarını əməli şəkildə sübut etdilər. İstərdim ki, belə həkimlərimiz, tibb işçilərimiz çox olsun. Çünki insanlar dünyada ən əziz nemət olan can sağlıqlarını məhz onlara - həkimlərə etibar edirlər!
Zərqələm CƏFƏROVA,
toxucu-təqaüdçü
3
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ
18 oktyabr 2015

Azərbaycan xalqı çox qədim, ənənəvi, böyük və müstəqil dövlətçilik irsinin varislərindəndir. Əsrlər boyu varisliyi azadlıq eşqiylə, tarixin milli oyanışında sülh və əminamanlığı ilə qoruyub saxlamaq bu gününgündə hər bir Azərbaycan vətəndaşının böyük qürürüdür. Xalnımız zaman-zaman göstərilən bu əzmkarlığı nəticəsində sülhsevər, müstəqil dövlət olduğunu bütün dünyaya göstərdi. Xalqın şücaəti nəticəsində bu müstəqilliyi bütün dünya tanıdı. Bu nailiyyətləri əldə etməkçün Azərbaycan xalqı zaman boyu çətinliklər çəksədə öz əzmkarlığı nəticəsində milli müstəqilliyini bərpa etmək nialiyyətinə çatdı. 1918-ci ildə qurulmuş AXC 23 ay yaşamasına baxmayaraq 70 illik Sovet imperiyasına son qoyulduqdan sonra möhtəşəm müstəqilliyi uğrunda bütün çətinliklərə sinə gərən AXC 1991-ci ildə ikinci addımını atdı. O addım ki, "Bir kərə yüksələn bayraq bir daha enməz" kəlməsi ilə əbədi olaraq əsrlər tarixinə öz silinməz möhrünü vurdu.
Bununla da 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gələrək Ali sovetin sədri seçildi. Bundan sonra Azərbaycan xalqı dünya şöhrətli, zəngin bir ənənəyə sadiq ümummilli liderimiz Heydər Əliyevin müdrikliyinə arxalandı və Azərbaycanda Müstəqil Dövlət quruculuğu uğurla davam etdi.
Qələbə çalmalıyam
Domna sobalarında əridib çuğunları ki,
Pulemyot hazırlayıb atışa hazırlaşacağıq.
Toplayıb bütün əsgərləri səfərbərliyə,
Qüzğunlar tapdağı altında qalan,
Torpaqlarımızı qaytaracağıq.
Yoxdurmu doyüş üçün sinə gərən,
Səngərlərdə oyaq qalıb düşmən güdən.
Bax, o yaramaz kafirləri məhv edən,
Yetgin igid qəhrəman bir əsgər.
Əgər bu gün qürurla fəxr edilən,
Şərəflə cəsur adı söylənilən.
Varsa Babək, Cavanşir tək ulusum,
Onda niyə? Nəyə görə?
Adi tufandan, yağışdan,
Qorxaraq mən hürkməliyəm?
Onun üçün, Ana Vətən yolunda,
Dözərək hər cür əzab-əziyyətlərə.
Qatlaşaraq bu ağır vəziyyətlərə,
Babalarının cığırışıyla,
Alov saçan qılıncıyla
Daim qələbə çalmalıyam.
Gövhər MUSAYEVA,
Aqrar Universitetinin tələbəsi.
Vətəndaşların seçki hüquqlarının pozulmasına görə şikayət verilməsi qaydası
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bəşər ailəsinin tam hüquqlu üzvü kimi demokratik dövlət quruculuğu yolunu tutubdur. Demokratiyanın əsas prinsiplərindən biri də dövlət hakimiyyət orqanlarının azad seçkilər vasitəsilə formalaşdırılmasıdır. Ümumdünya İnsan Hüquqları bəyəmnaməsinin 21.1-ci maddəsində qeyd edildiyi kimi hər bir insanın öz ölkəsinin idarə edilməsində bilavasitə yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Bunun üçün hər bir dövlət vətəndaşlarının seçki hüququnun həyata keşirilməsinə təminat yaratmalıdır. Azərbaycan Respublikasında bu cür təminatın əsası konstitusiyası ilə müəyyənləşib. Konstitusiyamızın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Vətəndaşların siyasi hüquqları içərisində mühim rol oynayan seçki hüququ ölkənin siyasi sisteminə təsir edən əsas hüquqlardandır. Məhz bu hüququn həyata keçirilməsi ilə növbəti müddətə dövlətin fəaliyyət istiqamətlərini müəyyən edən vəzifəli şəxslər seçilir. Hətta siyasətlə maraqlanmayan və siyasi həyatda iştirak etməyən vətəndaşlar seçkilərdə iştirak etməklə siyasi sistemin formalaşmasına təsir edirlər. Təsadüfü deyil ki, ölkəmizin də qoşulduğu Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq faktın 25-ci maddəsində hər bir vətəndaşın ayrı seçkilik qoyulmadan, seçicilərin öz iradələrini azad şəkildə bildirmələrinin təmin edildiyi həqiqi, vaxtaşırı seçkilərdə səs vermək və seçilmək hüququ qeyd edilmişdir.
Demokratik azad seçkilərin keçirilməsi üçün əsas təminatlardan biri də vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi qaydaları və bununla bağlı qanunvericiliklə müəyyən edilən təşkilati və hüquqi təminatlardır. Seçkilərlə bağlı baş verən hüquq pozuntularının dərhal, obyektiv şəkildə araşdırılması, seçkilərin şəffaf və demokratik prinsiplərə uyğun təşkil edilməsinə mane ola biləcək halların aşkar edilib qarşısının alınması üçün Azərbaycan Respublikasının qanunvericilik sistemində Seçki məcəlləsi və digər normativ-hüquqi aktları (Cinayət məcəlləsi, İnzibati xətalar məcəlləsi və.s.) ilə mühüm müddəalar təsbit edilmişdir. Seçki məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Məlum olduğu kimi Azərbaycan Respublikasında seçkilərin təşkili və keçirilməsi ilə bağlı funksiyalar müstəqil fəaliyyət göstərən üç pilləli seçki komissiyaları-Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları tərəfindən icra edilir. Yuxarı seçki komissiyasının aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malik olduğundan şikayət ilkin olaraq yuxarı seçki komissiyasına verilməlidir. Yuxarı seçki komissiyası tərəfindən şikayət təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apelyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətlərin araşdırılması ilə bağlı Ekspert qruplarının verdikləri rəy əsasında müvafiq seçki komissiyası şikayətlə bağlı qərar qəbul edir.
Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, şikayəti araşdıran müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
Seçki hüquq pozuntusu barədə veriən şikayət ərizəsinin məzmunu ilə bağlı tələbləri müəyyənləşdirən Seçki məcəlləsinin 112.5-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərdə şikayətin ünvanlandığı komissiyanın adı, şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan, şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik, əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir, əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir, əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir, güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı, şikayətçinin tələbi, həmçinin şikayət üçün əsas göstərilməlidir. Şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər. Aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr tərəfindən baxılarkən də eyni müddətlər tətbiq edilir. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir.
Səbuhi ABBASOV,
Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri
4
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ
Qədim Gəncə darvazaları

Ziyarət çox gözəldir. Müqəddəs yerləri, insanları, tarixi
eksponatları ziyarət etmək vacib olduğu qədər də,
şirindir. Bu il müsəlmanların müqəddəs həcc
ziyarətində olduqları zaman, mənim qismətimə həmişə
arzusunda olduğum qədim Gəncə darvazasını ziyarət
etmək nəsib oldu.
Səhhətimlə əlaqədar Gürcüstanın Tsaltubo şəhərinə
getməli oldum. "Arqo" otelində yerləşib, onun sahibi ilə
tanış oldum. İlk tanışlıqdan sözümüz tutdu və sabah
balıq ovuna gedəcəyini bildirərək, məni dəvət etdi.
Mən dərhal razılaşıb son 5 ildə balıq ovuna getmədiyimi
dedim. Ertəsi gün biz balıq ovuna yola düşəndə, o bir
nəfər dostunu da götürəcəyini bildirdi və onun keşiş
(gürcücə mamao) olduğunu söylədi. Az keçmədi ki,
keşiş gəldi və biz Poti limanına, Qara dənizdə balıq
tutmağa yola düşdük. Əsl zayalı olan bu keşişin adı
Nuqzar soyadı İoselyani idi. O, Qelati kilsəsinin baş
keşişidir. Dini seminariya və akademiya bitirən 55 yaşlı
bu insan hər tərəfli biliyə malik bir şəxsiyyətdir. Yol
boyu xeyli söhbət etdik. Dünya filosoflarından, kainatın
sirlərindən, digər dinlərdən, o cümlədən İslam dininin
gözəlliyindən, astronomiyadan, feologiyadan danışdıq.
Bir də baxdıq ki, Potidəyik. Balıq ovuna başladıq.
Burada mənim 30 illik balıqçılıq təcrübəm köməyimə gəldi. Xeyli kefal balığı tutduq.Axşam geri qaydanda məni öz maşınına oturtdu. Rulu sağda olan balaca boz rəngli maşını yavaş-yavaş sürərək məni otelə gətirdi və ayrılanda dedi: Sevinirəm ki, dostumun biri də artdı. Görüşərik. Mən Qelati monastrına gəlib, ona baş çəkəcəyimi deyəndə, o çox şad olaram dedi. Bir neçə gün sonra otel sahibi Beco Muradoğlu məni Qelatiyə apardı.
Milliyətcə Tsvan olan baş keşiş Nuqzar İoselyani mənim gəlişimə həqiqətən çox sevindiyini söylədi və doğma qardaşı Zviad İoselyaniyə xüsusi tapşırıq verib bizə kilsə haqqında ətraflı məlumat verməsini çatdırdı. Zviad qabağa düşərək əsl gid kimi bütün monastrı gəzərək bizə ətraflı məlumat verdi. Bu monastr Gürcü çarı David Aqmaşenbeli tərəfindən 1106-cı ildə tikilməyə başlanıb və 1125-ci ildə başa çatsa da, tamamlama işlərini onun oğlu Demetre 1130-cu ildə yekunlaşdırıb. Bələdçimiz Zviad mənim Gəncədən olduğumu bildiyi üçün Gəncə darvazası saxlanan kümbəzdə xüsusi dayandı.
1139-cu ildə Gəncədə zəlzələ olmuş və təbii fəlakət nəticəsində darmadağın olan şəhərə talançılıq məqsədi ilə yürüşlər başlamışdır. Bu zaman David Aqmaşenbelinin oğlu Demetre də Gəncəyə yürüş etmiş və Qədim Gəncə darvazalarını qənimət kimi apararaq Qelati monastrında atasının məzarının baş tərəfində yerləşdirmişdir. Bu gün də darvazanın bir tayı David Aqmaşenbelinin məzarının baş tərəfində divara söykənib. Darvazanın digər tayını deyilənə görə ləzgilər Gürcüstana hücüm edəndə özləri ilə aparıblar.
Qalan tək tay darvazanın üzərində ərəb hərifləri ilə darvazanı sifariş verən şəxsin adı, darvazanı düzəldən ustanın adı və düzətdiyi tarix yazılıb.
Tərcüməsi belədir; "Rəhimli və mərhəmətli Allahın adı ilə! Həşəmətli Mövlamız və Əmirimiz Seyid Savur ibn Əl-Fəzi-Allah onun hökmranlığını uzun etsin - bizə bu qapını Qazi Əlül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi - Allah ona da müvəffəqiyyət versin. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri".
Beləliklə darvaza 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən, Şəddadi hökmüdarı Əbüləsvar Savurun (1049-1067) göstərişi ilə düzəldilib. Darvazanın aparıldığı dövrdə dəmir qızıldan baha imiş. Baha olmasının səbəbi yüksək temperaturun çətin əldə olunmasıymış. Bildiyimiz kitmi dəmir 1536oC-də, qızıl isə 1064oC-də əriyir 472oC temperatur fərqi böyük faciə yaradıb və qədim Gəncə darvazası bunun güdazına gəlib. Bu gün Gəncə darvazası yerləşən kümbəzidə hər hansı tarixi əks etdirən ikinci eksponat yoxdur. Əvvəllər monastrın giriş qapısı bu kümbəzidən imiş. Kilsəyə daxil olanlar David Aqmaşenbelinin məzarını tapdalayıb keçirmiş. (onun öz vəsiyyətinə əsasən: O vəsiyyət edib ki, hamı mənim məzarımın üstündən keçsin və mən hiss edim ki, Gürcü xalqı yaşayır).
Sonradan giriş qapısının yerini dəyişiblər. (II şəkildə giriş qapısı görünür). Darvaza məni kövrəltmişdi. Təskinliyim o oldu ki, burada xeyli azərbaycanlının Gəncə darvazasını ziyarət edən gördüm. Deməli millət öz tarixinə biganə deyil. Doğulduğum, böyüdüyüm, yaşadığım Gəncənin hər qarış torpağı, keçmişi, indisi, gələcəyi hamımıza əzizdir. Ürək ağrısıyla darvaza ilə şəkil çəkdirdim və yenidən onunla öz tarixi yurdunda görüşmək arzusuyla öpüb ayrıldım.
Qayıdıb keşiş Nuqzarla xudahafizləşdim. O mənə monastrla bağlı hədiyyələr bağışladı.
Kədərlənmişdim. Fikirləşdim ki, ürəyimdəkiləri yazım və "Haqq naminə" qəzetində çap etdirim. Bəlkə nə vaxtsa haqq öz yerini tapar, itirilmiş torpaqlarımız kimi talan edilənlərimiz, oğurlananlarımız geri qayıdar. Hər halda "Ümid sonda ölür".
Gəncə qapısı
Görən kimi qan ağladı ürəyim,
Qəriblikdə qalıb, Gəncə qapısı.
Odlanıb alışdı, yandı kürəyim,
Qəriblikdə qalıb, Gəncə qapısı.
Tarixin təkəri çevrilir yaman,
Namərdlər, mərdlərə verməyir aman,
Bizmi günahkarıq, yoxsamı zaman,
Qəriblikdə qalıb, Gəncə qapısı.
Taleh onu eldən-elə sürüyüb,
Xiffət edib, qəm üzünü bürüyüb,
Yad əllərdə dərd çəkməkdən çürüyüb,
Qəriblikdə qalıb, Gəncə qapısı.
Beş-altı gün qürbət yerdə dözmürük,
Bu nisgili araşdırıb çözmürük,
Günahkarı tapammırıq, görmürük,
Qəriblikdə qalıb, Gəncə qapısı.
İlahi bilmirəm, bu nə cür sirdi,
Qəlbim, nanə yarpağı tək əsirdi,
Gözü yollardadı doqquz əsrdi,
Qəriblikdə qalıb, Gəncə qapısı.
Firdovsi FAHRALI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı. Həkim-nevroloq.
18-28 sentyabr 2015. Tsaltubo-Kutaisi-Qelati.
Qelati monastrı
5
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ
Səyavuş Məmmədzadə – 80

Azərbaycan Yazıçılar Birliyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış gözəl şair-tərcüməçi Səyavuş Məmmədzadənin 80 illik yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar açaraq Səyavuş Məmmədzadənin şair-tərcüməçilik fəaliyyətindən danışdı.
Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, yazıçılır birliyinin katibi xalq şairi Fikrət Qoca, şair-publisist Rəşad Məcid Səyavuş Məmmədzadənin şair-tərcüməçi kimi ədəbiyyatımızdakı böyük rolundan danışdılar. Milli məclisin deputatı, görkəmli tərcüməçi, nasir, publisist Elmira Axundova öz çıxışında Səyavuş Məmmədzadəni dövrümüzün ən görkəmli təcrüməçilərindən biri kimi qiymətləndirdi.
Azərbacan Jurnalının Baş redaktoru İntiqam Qasımzadə öz çıxışında bildirdi ki, yazıçılar birliyi əsl qələm sahibinin ikinci evidir.
Səyavuş əsl qələm sahibi olduğundan ağır müalicəsinin ertəsi günü Yazıçılar Birliyində - qələm dostları arasında göründü.
"Literatura" qəzetinin əməkdaşı əməkdar jurnalist Xoxlova Lyudmila Nikolayevna Səyavuş Məmmədzadə yaradıcılığını müasir azərbaycan-rus ədəbiyyatında əlaqə yaradan yüksək peşəkar tərcüməçi adlandırdı.
“Azərbaycan” jurnalının əməkdaşı Südabə xanım Ağabalayeva Səyavuş Məmmədzadəni qeyri-adi istedada malik şair-tərcüməçi kimi qiymətləndirdi.
Dünya Azərbaycanlıları Mədəniyyət Mənkəzi İdarə heyətinin üzvü, şair-publisist Hüseyn Hatəmi fəxrlə qeyd etdi ki, Səyavuş Məmmədzadə onun da bir neçə şeirini rus dilinə tərcümə edib və onlarla adamın Səyavuş müəllimin xeyirxahlığı sayəsində rus oxucularına təqdim olunub. Sonra o, Səyavuş Məmmədzadəyə həsr etdiyi şeiri oxudu.
Yubiley gecəsində iştirak edənlərə təşəkkür edən Səyavuş Məmmədzadə söz verdi ki, hələ görüləsi işləri çoxdur və Xalq, Vətən, Dövlət poeziya amalına ömrünün sonuna qədər sadiq qalıb yazıb-yaradacaqdır.
Allah ömür versin.
Rəvan Nərimanoğlu SALMANOV
ÖMÜR YOLLARI
Əvəzsmz gözəl insan, vətəndaş şair, qiymətli tərcüməçi Səyavuş Məmmədzadəyə ithaf edirəm
Keçdi, ömrümüzdən bir il də keçdi,
Günlərə calanıb zamana döndü.
Qaynar gəncliyimiz illərə köçdü,
Bahar ömrümüzdə payız göründü.
Yaşımız altmışa, yüzə yol gedir,
Bu da bir ömürdür, bu da taledir.
Dünya başdan-başa sirdir, sehirdir,
Heç kim bilməyir ki, axırı nədir.
Yollara çən düşür, saçımıza dən,
Bahardan payıza-qışa gedirik,
Bəzən sevinirik adi zəfərdən,
Bəzən də qəm çəkib kədərlənirik.
Günəştək yansa da sevən qəlbimiz,
Gün batır, buludlar yağış gətirir.
Baharı həsrətlə gözləsək də biz,
Hər bahar ömürə bir qış gətirir.
Əzəldən dünyanın iki yolu var,
İşıqlı yollarla, zülmətli yollar.
Odur ki, insanın iki qolu var,
Sevinci, kədəri qucuyan qollar.
Ərdəbil ünvanlı həyat yolların,
Torpaqdan güc alıb zirvəyə gedir.
Vətənçün, el üçün yaratdıqların,
Dildən-dilə düşən bir əfsanədir.
Gün olsun yüzə də çatasan qardaş,
Yediyin duz-çörək sənə halaldır.
Şair-mütərcimsən, gözəl vətəndaş,
Səni el sevginlə Vətən ucaldır,
Halaldır bu ömür sənə, halaldır!
Nəriman Süleymanoğlu (SALMANOV)
Hüseyn HATƏMİ
İLLƏR, İLLƏR...
Görkəmli Azərbaycan şairi, tərcüməçisi Səyavuş Məmmədzadəyə həsr edirəm
Ömrün gənclik çağı keçdi, ötüşdü,
Yaşın ahıl sinni haqladı məni.
Yadıma olanlar, keçənlər düşdü,
Şirin xatirələr dağladı məni.
Elə bil, dünənki dəcəl uşağam,
Ürək o ürəkdir, yaş o yaş deyil.
Heyif, o illərdən daha uzağam,
Uşaq olmamışam heç vaxt, elə bil.
İndi qonşumuzun qoz ağacına,
Daş atsam el-oba qınayar məni.
Tükəzban xalamın isti sacına,
Göz diksəm anam da danlayar məni.
Özümlə həmyaşıd dəcəl qızların,
Uzun hörüyündən tuta bilmərəm.
O nazlı, qəmzəli gözəl qızların,
Qaçsam yelinə də çata bilmərəm.
Gizlənpaç oynadıq, qaçdı, gizləndi,
Uşaqlıq illərim, gənclik illərim.
Artıb, çoxalıbdı, yaşım da indi,
Ağ-ağ çiçək açıb qara tellərim.
Bu ötən illərə axı, nə deyim,
Dəli səyyah kimi, baş alıb gedir.
Kama yetişməmiş arzum, niyyətim,
İllərin qoynuna qoşulub gedir.
İllər sona yetməz bir həyat yolu,
Biz mənzil başına gedən qatarıq.
Qəlbimiz arzuyla, ümidlə dolu,
Ömrümüz yol gedir, biz qocalırıq,
İlahi, nə yaman tez qocalırıq.
Quseyn XATAMİ
Ustad
Svetloy pamyati Mir Djalala
On rodilsə i ros za Araksom, na öqe,
İ ottuda na Sever sudğba privela,
Ko slujeniö muz i k verşinam nauki,
V mir stranı, qde vısokaə pravda vzoşla.
V suhestve eqo jil svetonosnıy Nastavnik,
Podrastaöhiy smenı otçiznı rodnoy,
İ xranitelğ tradiüiy tvorüov dostoslavnıx,
İ xranitelğ paməti mnoqovekovoy.
İ daril on narodu jar svoeqo serdüa,
Çeloveçnostğ stavə prevışe vseqo,
Videl v kajdom pitomüe edinoverüa,
Otklikaəsğ na vse problemı eqo.
Bıl jivım voploheniem dobra i uçastğə,
Otdal jiznğ svoö Rodine Mir Djalal,
Kajdıy moq do neqo dostuçatğsə,
Kajdıy plankoy ustada sebə poverəl.
Perevod S.MAMEDZADE
Təşəkkür edirəm!
Nağıl kimi ötən illər çox
sürətlə ötüb keçdi. Gözümü
açanda gördüm ki, 50 yaşım
tamam olub. Xoş gəldin
50 yaşım və 50-dən sonrakı
ömür adlı silsilə şeirlər
yazdım. Bu il iyul ayının
1-də tamam oldu. 50 illik
yubiley tədbirlərim.
Şəkidə doğulduğum
Böyük Dəhnə kəndində
ömrümün ən mənalı
gənclik və yeniyetməlik
illərini yad etdim. Ailə
qurduğum, övladlarım
Rəvan və Rəvanənin
doğulduğu Gəncə şəhə-
rində, inkişaf zirvəsi olan
Bakı şəhərində müxtəlif
günlərdə yubiley tədbir-
lərim keçirildi. Ürəyim
dağa döndü. Deməli, vətənimə, xalqıma, dövlətimə dahi Heydər Əliyev ideyalarına sədaqətlə qulluq etmişəm. İnşallah! Ölənə qədər də haqq yolundan, xalq yolunqdan, Heydər - İlham yolundan dönməyəcəyəm. Odur ki, dərin təşəkkür edirəm bu cür tədbirləri keçirilməsinə şərait yaradan ölkə prezidenti cənab İlham Əliyevə, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Azərbaycan Jurnalistlər birliyinin katibi Elçin Şıxlıya, hörmətli Şahin Babayevə, 50 illik yubileyi günü, məni qəzeti vasitəsilə sevindirmiş görkəmli yazıçı-publisist Aqil Abbasa, İradə xanım Məmməd Araz qızına, dostum Yaşar Nəbiyevə, "Novosti Gəncə" qəzetinin baş redaktoru, hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülmüş İrina Vladimirovnaya, "Haqq naminə" qəzetinin təsisçisi, baş redaktoru təmənnasız gözəl insan, jurnalist Həsən Kərimova, şeirlərimi rus dilinə tərcümə etmiş, oktyabr ayının 2-də 80 illik yubileyi böyük təntənə ilə qeyd edildmiş gözəl insan, istedadlı gözəl şair-təcrüməçi Səyavuş Məmmədzadəyə dərin hörmət, ehtiram və təşəkkürümü bildirib hörmətli oxucularıma Səyavuş Məmmədzadəyə həsr etdiyim bir şeirimi və Səyavuş müəllimin rus dilinə çevirdiyi bir şeirini təqdim edirəm. Sağ olsun, Allah sizi qorusun.
Nəriman Süleymanoğlu SALMANOV,
Texnika üzrə Fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, şair-publisist

Nariman SALMANOV
Privet,
pyatidesyatıy qod!..
Privet, moy pyatidesyatıy qod,
Polveka, polnıe şedrot i tyaqot!
Privetstvuyu stremitelnıy polet
Letyaşix let. Oçnulsya. İm vosled
Qlyaju. Peremenilsya belıy svet,
Na polstoletya povzroslel poyot.
Kak bıstro promelknuli te qoda,
İ detstva bosonoqie şaqi
Na uliçax rodimoqo Şeki,
Zavetnıe qyandjinskie denki,
Koqda şepnuli milıe usta
Volnuyuşee, trepetnoe «da»,
Sudba preobrazilas
Navseqda.
Mne vıpalo uvidet na veku-
İ serdcem prikipet k Baku,
Qlyaju nazad. İ mat moya jiva,
İ viju v doçke otzvuki rodstva,
İ vspominayu dobroqo otça...
İ jizni net ni kraya, ni konça...
Peçal i radost ryadışkom idut
İ jdet menya nezaverşennıy trud,
İ çereda volneniy i zabot.
Privet tebe, pyatidesətıy qod!
Perevod Siyavuşa MAMEDZADE
6
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ

Firdovsi FAHRALI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, həkim-şair.
Nə tale taleymiş, nə yazı, yazı,
Göz yaşlarım peşman edib Arazı.
Kimdən narazıyam, nədən narazı,
Nura əlim çatmır, zülmət seçirəm.
Qulağında, cingildəyən səsimdi,
O sevgidən, qəlbim əsim-əsimdi.
Yediyim qəm, ölənəcən bəsimdi,
Məhəbbətdən hələ də dərd biçirəm.
Firdovsiyəm, ömrü sona yetirdim,
Sevinmədim, gözümnən od götürdüm.
Varlığımı, sənlə birgə itirdim,
Əlvida, ay gülüm daha köçürəm.
KÖÇÜRƏM
Eşqindən qamətim, elə sınıb ki,
Bu həyatı, sürünərək keçirəm.
Dünyadan ağızım, elə yanıb ki,
Soyuq suyu, üfürərək içirəm.
15.10.2015
Gəncə
Kərəm MƏMMƏDOV,
Gədəbəy rayon Şəkərbəy kənd tam orta məktəbin direktoru, rayon Ağsaqqallar şurasının sədri
Görüş yeri
Sevənlərin tələsidiyi o yer,
Unudularmı heç ay göruş yeri.
Müqəddəs olubdur sevənlər üçün,
Tanrı özü verir pay göruş yeri.
İtirdim özümü, özüm bilmədən,
Xəbərim olmadı keçən günlərdən.
Sevən bilir əziz olan o yerdən,
Heç olarmı sənə tay görüş yeri.
Kərəm, gecə olsun, ya günəşli gün,
Açıq səmadır onlara həmin gün,
Gəlməzdir, sonsuzdur say görüş yeri.
Xəbərsiz
Ömrüm-günüm keçdi bil yavaş-yavaş,
Bilmədin neynim özündən xəbərsiz.
Dandın özün əhdini niyə danış,
Kim aldı qəlbini səndən xəbərsiz.
Sevgini unutdun, sən bilə-bilə,
Ömrümü əritdim mən gilə-gilə.
Alın yazım yazılıbmış bax belə,
Unutdun məni, məndən xəbərsiz.
Kim ovsunladı o daş ürəyini,
Özün puç etdin, arzu diləyini.
İtirdin tapmazsan Kərəmi,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Qardaş
Azmı gördün bu dünyanın üzünü,
Mərdliyin qolunda güc oldu qardaş,
Bizə yaxşı baxmadı zalım fələk,
Vallah bizimlədə öc oldu qardaş.
Bir ömür yaşadın çox məğrur çətin,
Əhdə sadiq oldun yaşadın mətin,
Ucaldın gözündə elin, millətin,
Şərəf-şan başında tac oldu qardaş.
Səni dinlədikcə anladım özüm,
Səndə gördüm vəfa, dəyanət, dözüm.
Həyat başa vurduq ömrü, əzizim,
Ömür hədər getdi gec oldu qardaş.

Dedim-dedin
Dedim: bax ürəyimdən nələr keçir,
Dedin: o ürəyinə qurban olum.
Dedim: sözümdən inciyib yan keçir
Dedin: şirin sözünə qurban olum.
Dedim: gəl incitmə əzizim məni,
Dedin: gəl unut bütün dərdi-qəmi.
Dedim: de unutmaq olarmı səni?
Dedin: bu diləyinə qurban olum.
Dedim: ay Kərəmin könül həmdəmi,
Dedin: dinlə bu sevən ürəyimi.
Dedim: hey axtarır gözlərim səni,
Dedin: qara gözünə qurban olum.
Şairin yeni kitabı
1947-ci ilin dekabr ayının 17-də Borçalı mahalında doğulmuş, çox istedadlı şair olan Xəzangül xanım 40 ildən artıq pedaqoji işlə, məktəb direktoru işləməklə bərabər poyeziya yaradıcılığı ilə də məşğul olur.
1985-ci ildə şəhərin Alimlər evi nəzdində əməkdar jurnalist, yazıçı-publisist Qərib Mehtinin rəhbərlik etdiyi İlham ədəbi birliyində özünün yazdığı şeirlərini oxuduqda, onun istedadını görən Səməd müəllim həmin yolda ona düzgün istiqamət vermişdir.
1987-ci ildə Xəzangül xanımın yazmış olduğu "Bahar" və "Qarışqa adam" adlı şeirləri "Kirovabad kommunisti" qəzetində çap olundu və oxucuların rəğbətini qazandı.
Vətənə, torpağa bağlılıq Borçalı mahalının və Gəncənin təbii mənzərələrinə aid olan şeirləri toplanmış "Qaya üzərində bitən çiçək" adlı ilk kitabı 1988-ci ildə çap olundu.
1990-ci ildə respublikada baş verən ictimai siyasi hadisələr, həmin ildə baş verən 20 yanvar Bakı faciəsi və 1992-ci ildə Xocalı soyqırımı faciəsinə həsr olunmuş şeirləri toplanmış "Yeddinci göylə söhbət" kitabı 1996-cı ildə çap olundu.
İki il sonra 1998-ci ildə yazıçı-publisist İ.Məmmədlinin tərcüməsində gürcü dilinə tərcümə olunan "Şübhələr" kitabı çap olundu və onun təqdimat mərasimi qardaş ölkədə keçirildi. Bunun ardınca həmin ildə şairin 4-cü kitabı olan "Ömür şikəstəsi" adlı əsəri çapdan çıxdı.
Daha sonrası 2000-ci ildə "Günəş məni aldadır", 2000-cı ildə isə "Türkiyədə Bitməyən Hazan" kitabları işıq üzü gördü.
Həmin kitabın təqdimat mərasimi Türkiyədə keçirildi və şair Xəzangül xanım Türkiyə-Avrasiya yaradıcılıq birliyinin üzvü seçilmişdir.
2014-cü ilin sentyabr ayında Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinə sədr seçilən Xəzangül xanımın qələmindən çıxan "Məhəbbətin çətini" pyesi Gəncə teatrında tamaşaya qoyulmuş və həmin pyes 2015-ci ilin mayında Türkiyədə göstərilmişdir. Tanınmış şair Xəzangül xanım 2014-cü ildə Azərbaycan prezidentinin mükafatına layiq görülmüşdür.
Bu ilin oktyabr ayında toplanmış şairin say etibari ilə 7-ci kitabı olan "Özümü axtarıram" kitabı "Nurlar" nəşriyyatında çapdan çıxmışdır.
Şair Xəzangül xanıma yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.
F.KAZIMOV
Yeni ünvanın mübarək, İsa dayı
1973-cü ilin oktyabr ayının 7-si idi. Xalq şairi Nəbi Xəzrinin SSRİ Dövlət mükafatına təqdim olunması münasibətilə Gəncə Dövlət Dram Teatrında şəhər ictimayyətinin nümayəndələri ilə şairin görüşü keçirildi. Görüş saat 1700-da, başlanacaqdı. Mən Gəncə Pedaqoji universitetinin (o zaman Kirovabad Pedaqoji İnstitutu) tələbəsi olmaqla yanaşı həm də "Kirovabad Kommunisti" (indi "Gəncənin səsi") qəzetinin ştatdankənar müxbiri idim. Qəzetin redaktoru sonralar Kəlbəcər rayon partiya komitəsinin 1-ci katibi olmuş Zahid İsmayılov məni yanına çağırdı. Hatəmi, görüşün başlanmasına hələ var. Get yeni açılmış dəyirman kombinatından bir reportaj hazırla, dedi. Böyük həvəslə kombinata yollandım. O zaman ilk partiya təşkilat katibi Füzuli müəllim məni müəssisənin direktoru İsa Məmmədovun yanına apardı. İsa kişi məni çox yaxşı qarşıladı. Hə, komsomol, şeirlərini oxuyuram, yaxşı yazırsan. Məqalələrin də pis deyil, amma daha çox vətənəpvərlikdən və əmək qəhrəmanlarından yaz, dedi. Mən də həmin məqsədlə gəldiyimi bildirdim. Dedi, məndən çox yazıblar 6-cı dəyirmanın rəisi Məmməd Mirkazımovun gördüyü işlərdən yaz. Sonra da yanıma gələrsən 6-cı dəyirmanda görülən işlərdən yazıb işini bitirdikdən sonra İsa dayının yanına qayıtdım. Dedi, komsomol, oxu görüm, nə yazıbsan. Oxudum, bəzi əlavələr elədi. Ünvanıma xoş sözlər dedi və bir 25-lik çıxarıb, al sənə bir şirinlik də verim, tələbə adamsan, dedi. Utandım, İsa müəllim, vallah lazım deyil, Zahid müəllim bilsə məni tənbeh edib cəzalandırar, dedim. A kişi, bu rüşvət deyil ki, Əhmədə də siftəni mən vermişəm. Al bu pula özünə yaxşı kitablar al, oxu xalqına xeyir ver, görkəmli şair ol, dedi.
O zamandan İsa dayı ilə tez-tez görüşürdüm. Gəncənin, Azərbaycanın tanınmış mərd, mübariz kişilərindən olan İsa Məmmədov haqqında sonralar da "Kirovabad Kommunisti", "Kirovabadski raboçiy", "Gəncənin səsi", "Haqq naminə", "Həqiqət meridianında" qəzetlərində, "Gəncəçayın nəgmələri" adlı şeirlər kitabında şeir və məqalələr yazdım. 1993-2003-cü illərdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Mətbuat Xidmətinin rəhbəri, eyni zamanda özəl "Kəpəz" televiziyasının rəhbəri olduğum vaxtlarda İsa Məmmədovdan onlarla veriliş təşkil edib vermişəm. Xalq bu verilişləri böyük hörmət və ehtiramla qarşılayıb. İsa kişi dəyərli, qiymətli adamdı, deyiblər. Tərbiyə etdiyi övladlara da söz ola bilməz... İstirahət günlərində vaxtım olanda dəyirmana gedib ara-bir nərd də oynayırdıq. Ünvanıma yaxşı sözlər deyirdi: şair, həmişə sədaqətli, saf adam ol. Çörəyi itirmə, mərdimazar olma. Allah həmişə bir tikə çörəyini verəcək, deyirdi. Uzun illər Gəncənin kişilik siması, ağsaqqalı kimi tanınan İsa dayı dünyasını dəyişdikdən sonra da adı insanlar arasında böyük hörmət və ehtiramla çəkilir. Vətənə, Dövlətə, Xalqa sədaqətlə qulluq edən İsa Məmmədovun övladları, nəvələri də bu gün müxtəlif sahələrdə xalqımıza, vətənimizə ləyaqətlə, sədaqətlə qulluq edirlər. Özünün dediyi kimi övladlarının gözü saydığı kürəkəni - General Ramiz Zeynalov uzun illərdir ki, Daxili İşlər Nazirliyində çox mühüm vəzifələrdən birində ona tapşırılmış etimadı ölkə prezidentinin tələb etdiyi kimi xalqımızın hörmət və ehtiramı ilə yerinə yetirir. Odur ki, İsa Məmmədovun övladları, nəvələri bir də onun xalq üçün gördükləri işlər qədirbilən Gəncə şəhər əhalisi tərəfindən böyük hörmət və ehtiramla xatırlanır. Bu günlərdə Gəncə şəhər əhalisinin çoxsaylı müraciətləri əsasında onun yaşadığı küçəyə "İsa Məmmədovun" adı verilməsi xalq arasında böyük hörmət və ehtiramla qarşılandı. Təzə ünvanın mübarək, İsa dayı.
Qədim Gəncə ellərində,
İnsan vardı, İsa dayı.
Adı dolanır dillərdə,
İlk bahardı, İsa dayı.
El yükünü daşıyırdı,
Kişi kimi yaşıyırdı.
Bulaq kimi çağlayacaq,
Ürəklərdə yaşayacaq,
İsa dayı.
Hüseyn HATƏMİ
Şair-publisist, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə heyətinin üzvü.

Kəlbəcər rayon Təhsil şöbəsindən
Mən yer üzündə müəllimdən şərəfli ad tanımıram!
Heydər Əliyev
Müəllim şərəf və ləyaqətini gözləyən, hakimiyyətin aparıcı qüvvəsi olan əsl müəllim, dövlətimizə dayaq olan gənclər yetişdirir. Bu da ölkəmizi, millətimizi işıqlı sabaha aparır. Belə şərəfli müəllimlərdən biri də Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira xanım Şükürovadır.
Kəlbəcərlilər Kəlbəcərdən bu gün ayrı düşsə də onları cəmləşdirən səbəblər var.
Bu səbəblərdən biri də təhsildən başlayır. Bu yaxın günlərdə Kəlbəcər Təhsilində yeni işlərlə bərabər yeni rəhbər gəlmişdir. Bu şəxs Elmira xanım Şükürovadır.
Elmira xanımın rəhbərlik etdiyi Təhsil şöbəsində 22 rayonda 114 məktəb yerləşmişdir.
Kəlbəcər rayon Təhsil şöbəsində 565 abituriyent ali məktəblərə qəbul üçün şəxsi işlərini vermişdir.
Bunlardan 305 nəfər abituriyent ali məktəblərə qəbul olmuşdur. Yüksək bal toplayanlar arasında (yəni 600 baldan yuxarı nəzərdə tutulur) 3 şagird prezident təqaüdünə layiq görülmüşdür. Bundan əlavə 23 nəfər abituriyent 500 baldan yüksək bal toplamışdır. Ali məktəblərə qəbul olunanların hər birinə Aşıq Şəmşir fondu tərəfindən 50-100 AZN pul mükafatları verilmişdir. Eyni zamanda Ali Hərbi Liseyə 2 nəfər qəbul olmuşdur. Həmin şəxslərə 100 AZN pul mükafatı verilmişdir. Elmira xanımın gəlişi zamanında yeniliklər davam etməkdədir. Misal olaraq deyə bilərik ki, 13 məktəbdə model tipli sinif otaqları düzəldilmişdir. Bundan əlavə Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən 21 və 25 saylı orta məktəblərin tikintisi üçün vəsait ayrılmış və həmin məktəblər müasir tipli tikilərək istifadəyə verilmişdir. Həmçinin 4 məktəb əsaslı təmir olunmuşdur. Qış mövsümü ilə bağlı bütün məktəblər istilik yanacağı ilə təmin olunmuşdur. Elmira xanımın rəhbərliyi altında Kəlbəcər Təhsil Şöbəsində yeniliklər davam etməkdədir. Elmira xanımın gəlişi Kəlbəcər Təhsilinə yeni can yeni nəfəs verərək böyük oyanış yaratmışdır. Elmira xanımın harada işləməyinə baxmayaraq, öz biliyi ilə qurub yaratmış və fədakarlığı ilə daim seçilmişdir. Hər insanın hünəri deyil ki, bu qədər az müddətdə çox işlər görsün. Biz də Elmira xanıma öz işində müvəffəqiyyət arzulayırıq.
Həsən KƏRİMOV,
Baş redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Ömürnamə
Abdullayeva Tahirə Hacı-
fərəculla qızı 1937-ci ildə
dekabr ayının 7-də Gəncə
şəhərində ziyalı ailəsində
dünyaya göz açıb. 6-cı sinifə
kimi Azərbaycan məktəbin-
də oxuyub, sonra isə ailəsi
1950-ci ildə atasını, anasını,
qardaşını və Tahirəni Qaza-
xıstan vilayətinə sürgün
ediblər. 1956-cı ilə qədər
sürgün həyatı yaşayıblar.
1956-cı ildə ailəsinə bəraət veriblər. Tahirə xanım orta məktəbi də Qazaxıstanda rus dilində oxuyub, sonra isə Alma-ata şəhərində ticarət institutuna qəbul olunub. O, həm oxuyub, həm də işləyib. 1959-cu ildə atası rəhmətə getdiyi üçün ailəsi həmin vaxt öz doğma vətənlərinə qayıda bilməyib.
Sonralar Tahirə xanımın istəyi ilə Gəncədə yaşayan qohumları ona soxlu sayda Azərbaycan ədəbiyyatı, nəzəriyyəsi və romanlar göndəriblər. Uzun illər öz doğma ana dilini unutmamaq üçün mütaliyə eləyib, öz Azərbaycan dilinin mədəniyyətini daha çox sevib.
1967-ci ilə qədər Alma-ata şəhərində yaşayıblar. 1967-ci ildə isə artıq doğma yurdlarına - Gəncə şəhərinə qayıdıblar. Alma-ata şəhərində ailə qurub. Hal-hazırda 1 oğlu, 1 qızı, 4 nəvəsi var.
Uşaq vaxtdan bu günə qədər yazıb yaradıb, şeirləri, qoşmaları, qəzəlləri və 1 poeması, aforizmləri vardır.
Solar çəmənzarım mənim
Mədət qıl, ey gül,yoxsa solar çəmənzarım sənsiz
Hədər keçər mənim bil, ömrü ruzigarım sənsiz.
Sonsuzdur çün mənim bu sənə olan məhəbbətim,
Dükənmiş taqəti-səbrim, yox bir qərarım sənsiz
Bikəsəm yox bir təbibim, çarə qılsın dərdimə,
Viranə qalıb baxçam, solubdur gülzarım sənsiz.
Lütf eylə, gəl həmdəm ol sən birdaha Tahirəyə
Dükəndi artıq mənim yoxdur iqtidarım sənsiz.
Qoyma sən
Zülmət gecə, yolum çətin,
Gəl məni darda qoyma sən.
Qarşımda tufandır mənim
Boranda qarda qoyma sən.
Hicran qəmi, yaman olar
Yanar bağrım dönər külə
Çıx qarşıma gülə gülə
Min intizarda qoyma sən.
Ayrılığa dözməz könül
Eşit arzu-diləyimi
Mənim yanan ürəyimi,
Çox ahu-zarda qoyma sən.
Eşitmək istərdim yenə
Sənin ürək sözlərini.
Tahirənin gözlərini
Uzaq yollarda qoyma sən!
Vəfasızlara töhmət
Ey könül, doğrusun söylə görüm sən,
İnsan hər çətinə dözə bilərmi?
Sevgi qaynayarsa kimin qəlbindən
Öz yarından ayrı gəzə bilərmi?
Demirəm dilində sevirəm deyən,
Bəlkə o sevgini ata da bilə
Sevgisi qəlbindən pöhran eyləyən,
Canından əlin üzə bilərmi?
Məncə təmiz qəlbdən sevən bir insan,
Həyatına zəhər qatmaq istəməz,
Çox illər keçsə də, yenə heç zaman,
Yarını yadlara satmaq istəməz.

DSMF Göygöl rayon şöbəsinin uğurları
Ölkəmiz yüksək inkişaf yolundadır. Respublikanın hər bir yerində bu böyük üğürları görürük. Möhtərəm prezident İlham Əliyevin apardığı daxali və xarici siyasəti, uğurlu addımları xalq tərəfindən yüksək qiymətləndirilir. Dünyanın hər bir yerində Azərbaycanın inkişafı söylənilir. Dünyanın çox ölkələrində iğtişaşlar baş verdiyi halda, Azərbaycanda şükürlər olsun dinc həyat, əminamanlıq hökm sürür. Bu inkişaf Göygöl rayonunda da yüksək səviyyədə aparılır. Cənab prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun gərgin əməyi nəticəsində rayonun bütün sahələrində özünü göstərir. Həmin sahələrindən biri də Göygöl rayon DSMF-dir.
Göygöl Dövlət Sosial Müdafiə Fondunun müdiri Ruslan Əliyev məsuliyyəti bir idarədə işlərinin öhdəsindən bacarıqla gəlir. Göygöl rayon DSMF-nin 9 aylıq hesabatını oxuculara təqdim edirik.
Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin 2015-ci ilin 9 ayı ərzində gördüyü işlər barədə hesabat.
Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi bildirir ki, 2015-ci ilin 9 ayı ərzində sahələr üzrə plan tapşırıqları aşağıdakı qaydada icra olunmuşdur. Şöbə tərəfindən 2015-ci ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 2746700 manat plana qarşı 2368847 manat vəsait toplanaraq plan tapşırığa - 86 % əməl olunmuşdur. O cümlədən büdcə təşkilatları üzrə 2244700 manat plana qarşı 1925320 manat - yəni - 86 %, qeyri-büdcə təşkilatları üzrə isə 502000 manat plana qarşı 443526 manat 88% yerinə yetirilmişdir. Qeyri büdcə təşkilatları üzrə proqnoz tapşırıqlarının kəsrlə yerinə yetirilməsinə bir neçə təşkilatın fəaliyyətinin dayanması səbəb olmuşdur.
Şöbə tərəfindən debitor borcların azaldılması istiqamətində də müəyyən tədbirlər görülmüşdür. Belə ki, 01 iyun 2015-ci il tarixə şöbə üzrə debitor borcların məbləği 925686.07 manat olmuşdusa, görülmüş tədbirlər nəticəsində bu rəqəm 01 oktyabr 2015-ci il tarixə 925000.00 manat təşkil etmişdir. 2015-ci ilin 9 ayı ərzində 40-dan çox idarə və müəssisələrin bank hesablarına sərəncamlar qoyulmuş və bank əməliyyatları nəzarətə götürülmüşdür ki, bu da debitor borcların azalmasında mühüm rol oynamışdır.
Göygöl rayonunda mövcud olan və DSMF-nun Göygöl rayon şöbəsində qeydiyyatda olan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan işçilərinə əmək haqqı hesablanarkən onları ödəmək imkanları olmadığından DSMF-nun Göygöl rayon şöbəsinin debitor borclarının yaranmasının və artmasının əsas səbəblərindən biridir.
01 oktyabr 2015-ci il tarixə şöbədə 5 hüquqi şəxs 107 nəfər fiziki şəxs və 5 nəfər torpaq istifadəçisi qeydiyyatda olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1.0 % çoxdur.
Torpaq İstifadəçilərindən məcburi dövlət sosial sığorta haqlarının yığılmasında çətinliklər vardır ki, buna da səbəb torpaq istifadəçilərinin maddi vəziyyəti və bir çox hallarda torpaqlardan istifadə edilməməsidir. Bu hal isə gələcəkdə kənd əhalisinin pensiya təminatında ciddi problemlərin yaranmasına səbəb ola bilər.
"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şöbənin əməkdaşları kəndlərdə olmuş, yerli icra və bələdiyyə nümayəndələri ilə birlikdə kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb olunması sahəsində izahat və təbliğat işləri aparılmışdır. Bundan əlavə rayonun əksər idarə və müəssisələrindən işləyənlər haqqında rəsmi məlumatlar alınmış və 2015-ci ilin 9 ayı ərzində 290 nələrə sosial sığorta şəhadətnaməsi paylanmış, onlardan 155 nəfəri hüquqi, 85 nəfəri fiziki şəxslər və 50 nəfər torpaq mülkiyyətçisi və onların ailə üzvləri ilə birlikdə sosial sığorta şəhadətnaməsi paylanmış. 225 fiziki və hüquqi şəxslərdən Q-3 ərizə formaları doldurularaq Fondun Mərkəzi məlumat bazasına ötürülmüşdür. Təqdim olunmuş məlumatlar əsasında 17400-dən çox sığorta şəhadətnaməsi hazırlanmış və şöbəyə göndərilmişdir.
2015-ci ilin 9 ayı ərzində Göygöl rayonu üzrə 8610 nəfər əmək pensiyaçılarına və digər sosial ödənişlərə 12419421.76 manat məbləğində pensiya və müavinət ödənilmişdir ki. rayon üzrə orta aylıq pensiyanın məbləği 161.28 manat təşkil etmişdir. Əmək pensiyalarına ödəniş məbləğinin 15.2 %-i şöbənin öz vəsaiti hesabına həyata keçirilmişdir ki. bu da respublika üzrə ən yüksək göstəricilərdən biridir. Artıq Göygöl rayonu ərazisində yaşayan 8610 nəfər pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə alırlar ki, bu məqsədlə də Göygöl şəhərində 2 ədəd bankomat quraşdırılmışdır. Yaxın vaxtlarda rayon Mərkəzindən 5 km-dək məsafədə yerləşən. həmçinin əhalinin sıx yaşadığı qəsəbə və kəndlərdə də bankomatların quraşdırılması nəzərdə tutulmuşdur. Məcburi Dövlət Sosial Sığorta haqqı hesabına ödənilən müavinətlərə 22046.62 manat vəsait xərclənmişdir.
2015-ci ilin 9 ayı ərzində şöbəyə 285 vətəndaş, o cümlədən 265 vətəndaş yazılı, 20 vətəndaş isə şifahi müraciət etmişdir. 265 yazılı müraciətdən 240-ı pensiya təyinatı ilə əlaqədar. 15-i itirilmiş pensiya plastik kartlarının yenisi ilə əvəz olunması barədə. 6-sı pensiya məbləğinin az olması ilə əlaqədar. 4-ü isə sosial ödənişlərlə bağlı olmuşdur.
Şöbəyə daxil olmuş 285 müraciətdən 270-i müsbət həll olunmuş, 15-i isə pensiya təyinatı ilə əlaqədar sənədlər qaydasında olmadığından əsassız hesab edilərək imtina olunmuşdur. DSMF-nun müdiri Ruslan Əliyev gənc olsa da çox dəqiq, uğurlu işlər görmüşdür. Belə gənclərlə dövlətimiz, xalqımız fəxr edir. Biz də Ruslan Əliyevə işlərində böyük uğurlar arzulayırıq.
H.KƏRİMOV,
Baş redaktor.

7
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ
8
NOYABR-DEKABR 2015-ci il

HAQQ
NAMİNƏ
Hüseyn QURBANOV,
16 saylı məktəbin 5-ci sinif şagirdi
Ulu öndərimiz
Ulu öndərimiz, qocaman insan,
Gör nələr yaratdı, gör nələr etdi!?
Qurdu neçə məktəb, neçə zavodlar,
Gör neçə insana atalıq etdi!?
Neçə yıxılanın tutdu qolundan,
Neçə ağlayanın sildi gözünü.
Biz ondan öyrəndik addım atmağı,
Vətəni sevməyi və qorumağı.
Onun yaratdığı, onun qurduğu,
O yolla gedirik, yoldan dönmərik.
Gəncənin atası
Rəhbər olduğunuz ulu Gəncədə,
Gecəli-gündüzlü gör nələr etdiz?
Qurdunuz, tikdiniz, siz yaratdınız,
Bu qədim Gəncəni abad etdiniz.
Bir ata ailədə çətinlik çəkir,
Bu böyük ailəyə sinə gərmisiz.
Sizə həyat verən, sizi yetirən,
O gözəl anaya "sağ ol" deyirəm.
Düşüb ayağına, öpüb əlindən,
Ad verdiyi üçün "var ol" deyirəm.
Verdiyi bu ad bir təsadüfmü?
Elmar sözünün mənası nədir?
Havada qıy vuran bir qartal təki,
Sizi qorxutmadı nə qar, nə çovğun.
Neçə yağan leysan islatdı sizi,
Neçə boz qarğalar qa, eyləsə də,
Qartal tək mərd çıxdız bu döyüşlərdən.
Sizə qartallar tək zirvə yaraşır,
Biz sizi daima seyr edə bilək.
Gözəl bir şairin gözəl sözü var,
Qızıldan olsa da qarğa yuvası,
Adı ki, qarğadır nədir faydası,
Havada qıy vursa Elmar tək qartal balası,
Elə qartal kimi döyüşəcəkdir.
Bütün gəncəlilər bax buna görə,
Gəncənin atası deyirlər sizə!
Vətən
Vətən, sənə can verərəm,
Vətən, sənə qan verərəm.
Lazım olsa ürəyimdən,
Vətən, sənə pay verərəm.
Torpağın bu, daşın da bu,
Vətən, sənin yaşın da bu.
Düşmən gəlsə torpağına,
Qabağına çıxan da bu.
Hüseyinəm, and içirəm,
Vətənimin qarşısında.
Əsgər olub duracağam,
Vətənimin keşiyində.

Nənəm
Döyünən ürəyim, görən gözümsən.
Evimizin gülü, bəzəyi nənəm.
Ulu tanrıdan bircə arzum var,
Qız-gəlinə möhtac qalmasın nənəm.
Nədəndir bilmirəm, ey qoca dünya,
Nə tez ələdin sən saçına qarı?
Bükülməsin beli, əsməsin dizi,
Qız-gəlinə möhtac qalmasın nənəm.
Nərgizim
Gah dağda, gah bağdasan,
Nərgizim, ay Nərgizim.
Dədənin şirin payı,
Nərgizim, ay Nərgizim.
"Dədə" - deyib qaçanda,
Qoynuna atılanda,
Dədə on il gəncləşir,
Qucağına qaçanda.
Dodağını büzürsən,
Dovşan kimi küsürsən.
Nərgizim, ay Nərgizim.
Badam gözlü Nərgizim.
Parlaq ulduzsan
(Aktrisa Firəngiz Mütəllimovaya)
Vaqifin nəvası,
Xanın nəvəsi,
Natəvan nəfəsli,
Güləyən bacım.
Şuşa torpağında,
Sən boy atmısan.
Suyundan içmisən,
Qanadlanmısan.
Geniş səhnələrdə,
Sən yer almısan.
Göylərdə bərq vuran,
Parlaq ulduzsan.
Geniş səhnələrdi sənin məskənin,
"Elçin"siz o səhnə sənə dar oldu.
Aslan elə yazdı bu tamaşanı,
Elçin-Gülnar eşqi dillərə düşdü.
Orucova Lalə Qənbər qızı
Şəmkir rayon İrmaşlı kəndi.
Dünya
Niyə ağlayıb qışqırıq salırsan,
Özün atdın özünü oda.
Nahaq yerə haray qoparırsan,
Sağlam canlara qatırdın qada.
Keflə baxıb gülürdün bizə,
Baxmırdın gecəyə, nə də gündüzə.
Halal insanı salırdın sözə,
İndi vurub ağlarsan dizə.
Sənə yalvardıq, rəhm dilədik,
Bizə zülm etmə dedik.
Nə danışdıq, nə dindik,
Qəddar olduğunu anlayıb bildik.
Ruhumu yandırıb məni odladın,
Nəfəsin gəldikcə ələ saldın.
Sevdiyim dünyanı əlimdən aldın,
İndi özün tənha qaldın.
Sözüm çoxdur sənə deməyə,
İmkansızsan bizi xoşbəxt etməyə.
Gücün çatmır deyib-gülməyə,
Haqqın çatır həqiqəti bilməyə.
Lalə deyir, zalımsan, dünya,
Od tutub yanırsan, dünya.
Yanıb kül olursan, dünya,
Sən buna layiqsən, dünya.


“Haqq naminə” qəzetinin baş redaktoru Həsən Kərimov Gəncə şəhər Göz xəstəxanasının baş həkimi Azər Məmmədova, anası
BƏSTİ xanımın
vəfatından kədərləndiyini bildirir və dərin hüznlə baş sağlığı verir.
"HAQQ NAMİNƏ"qəzeti redaksiyası
DİREKTOR:HƏSƏN BEHPUD OĞLU
KƏRİMOV
Email: haqqtv@mail.ru
Tel:050 420 43 36,070 257 56 00